Makron neft ehtiyatlarının 20-30 faizinin istifadəyə verilməsini təklif etdi

Makron neft ehtiyatlarının 20-30 faizinin istifadəyə verilməsini təklif etdi
Kateqoriya məlum deyil
T

Fransa Prezidenti Emmanuel Makron artan enerji qiymətləri fonunda strateji neft ehtiyatlarının bir hissəsinin istifadəyə verilməsini təklif edib.

 

Sfera.az xəbər verir ki, neft qiymətlərinin yüksəlməsi və mümkün enerji böhranı ilə bağlı narahatlıqların artdığı bir vaxtda Fransa G7-yə sədr ölkə kimi təşkilata üzv dövlətlərin maliyyə nazirlərinin təcili toplantısını çağırıb. Görüşdə müharibənin enerji bazarlarına və neft qiymətlərinə təsiri müzakirə olunur. Toplantıda həmçinin Beynəlxalq Enerji Agentliyinin rəhbəri ilə də fikir mübadiləsi aparılıb.

 

Artan qiymətlərin yaratdığı iqtisadi yükü azaltmaq üçün müzakirə olunan əsas variantlardan biri strateji neft ehtiyatlarının bir hissəsinin bazara buraxılmasıdır. Makron bildirib ki, bu mexanizm Beynəlxalq Enerji Agentliyinə üzv ölkələrin istifadə etdiyi alətlərdən biridir və prosesə agentlik nəzarət edəcək. Fransa liderinin sözlərinə görə, fövqəladə neft ehtiyatlarının təxminən 20-30 faizinin istifadəyə verilməsi variantı nəzərdən keçirilir. Mövzu ilə bağlı yaxın vaxtlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ