Ukrayna üçün 2027-ci il hədəfi: Avropada fikir ayrılıqları davam edir

Avropa İttifaqı (Aİ), Aİ Şurası və Avropa Komissiyası arasında fikir ayrılıqlarına baxmayaraq, Ukrayna ilə üzvlük danışıqlarını 2027-ci ilin sonuna qədər başa çatdırmağa çalışacaq.
Sfera.az xəbər verir ki, bu barədə“Politico” nəşri məlumat yayıb.
Diplomatların sözlərinə görə, Ukraynanın Aİ-yə sürətli qoşulması ideyası rədd edilsə də, blok ölkələri uzunmüddətli strategiyaya diqqət yetirəcək. Qəzet yazır ki, növbəti üç AB sədrliyi dövründə Aİ-nin səyləri yeni üzvlər üçün inteqrasiya prosesinin irəliləməsinə yönələcək və məqsəd 2027-ci ilin sonuna qədər Ukrayna ilə bağlı danışıqları yekunlaşdırmaq olacaq.
Lakin Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin dəstəyinə baxmayaraq, onun davamlı aktiv diplomatik fəaliyyəti bir sıra Aİ ölkələrində narahatlıq doğurur. Bəzi diplomatlar Avropa Komissiyasında hakimiyyətin həddindən artıq mərkəzləşdirilməsinin qarşısını almağın vacib olduğunu bildirirlər.
Niyaz Hacıyev
Sfera.az
