"İsrail əsgərlərinin Livana müdaxiləsi uğursuz olub" - "Hizbullah"

"İsrail əsgərlərinin Livana müdaxiləsi uğursuz olub" - "Hizbullah"
Kateqoriya məlum deyil
T

"Hizbullahın" şiə milis qüvvələri Livanın Ras Baalbek bölgəsi yaxınlığında İsrail komando dəstəsi ilə döyüşdüklərini iddia ediblər.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumat qruplaşmanın “Telegram” kanalında yayımlanıb.

 

Bildirilir ki, İsrailə məxsus xüsusi təyinatlı dəstə gecə saatlarında Suriya ərazisində yerləşən Serqaya yaxınlığındakı düzənliyə eniş edib və daha sonra Livan sərhədi istiqamətində irəliləyib. 


“Düşmən dəstəsi gecə Suriya ərazisindəki Serqaya yaxınlığındakı düzənliyə eniş etdi və onun Livan sərhədinə doğru irəliləməsi müşahidə olundu. İslam müqavimətinin döyüşçüləri müvafiq silahlardan istifadə edərək nüfuz edən qüvvələrlə döyüşdülər”, – deyə məlumatda qeyd olunur. İddiaya görə, toqquşma zamanı Hizbullah döyüşçüləri İsrailə məxsus helikopterlərdən birini vurmağı bacarıblar.


Məlumata əsasən, eniş əməliyyatında ümumilikdə 15 helikopter iştirak edib və onların Janta, Nəbi Şit, Ərsəl və Yəhfuf şəhərləri üzərində uçuş etdiyi bildirilib. Livanın Milli Xəbər Agentliyinin (NNA) yaydığı məlumata görə, döyüşlər Nəbi Şit şəhərinin kənarında yerləşən Əş-Şaara dərəsində də davam edib. 


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ