ABŞ-də 4 nəfər göbələkdən zəhərlənərək öldü

ABŞ-də 4 nəfər göbələkdən zəhərlənərək öldü
Kateqoriya məlum deyil
T

ABŞ-nin Kaliforniya ştatında dörd nəfər zəhərli göbələkdən ölüb.

 

Sfera.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

 

Göbələkdən zəhərlənən daha üç nəfərin vəziyyəti ağırdır, onlara qaraciyər köçürülməlidir.

 

Agentliyin məlumatına görə, rütubətli və isti hava səbəbindən ştatda zəhərli göbələklər geniş yayılıb.

 

Kaliforniya Səhiyyə Departamenti ştat sakinlərinə bu il hər hansı bir göbələk yığmaqdan çəkinmələri barədə ciddi tövsiyə verib.

 

Agentliyin məlumatına görə, noyabr ayının ortalarından bəri ştatda zəhərli göbələkdən təxminən otuz ölüm hadisəsi qeydə alınıb./teleqraf 

PAYLAŞ