Logo

Qəddafinin oğlu öldürüldü

Qəddafinin oğlu öldürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam öldürülüb.

Sfera.az xəbər verir ki, bu barədə “Libya al-Ahrar” məlumat yayıb.

Onun ölkənin qərbində yerləşən Əz-Zintan şəhərində öldürüldüyü bildirilir.

Sabiq liderin oğlu naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.

Hadisənin digər təfərrüatları hələlik açıqlanm

ayıb.Qeyd edək ki, Seyf əl-İslam Qəddafi Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğludur. Qəddafi Liviyaya təxminən 42 il rəhbərlik edib. 2011-ci ildə Liviyada başlayan iğtişaşlar və silahlı qarşıdurmalar fonunda Qəddafinin hakimiyyəti devrilib. Oktyabrın 20-də (2011) o, Sirt yaxınlığında şəhərdən çıxmağa çalışan karvanın vurulmasından sonra tutulub və qısa müddət sonra öldüyü açıqlanıb./modern.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR