Baş nazir: "Bir qrup müxalifin səhvlərini "Qalatasaray"a aid etmək olmaz"

Baş nazir:

"Bir qrup müxalifin səhvlərini "Qalatasaray"a aid etmək haqsızlıq olar".

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım "Qalatasaray" futbol klubunda cərəyan edən son hadisələri şərh edərkən deyib.

Xatırladaq ki, 15 iyul dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatı işi çərçivəsində "fərari vəziyyətində" olan sabiq futbolçular Hakan Şükür və Arif Ərdəmin "Qalatasaray" klubunun üzvlüyündən çıxarılması tələbinin rədd edilməsinə hökumət sərt reaksiya vermişdi. Ötən gün yenidən toplaşan "Qalatasaray" rəhbərliyi müvafiq olaraq 8 və 7 ildir üzvlük haqqı ödəməyən H.Şükür və A.Ərdəmin klubun üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

 

Baş nazir qeyd edib ki, hər sahədə yanlış adamlar ola bilər: "Qalatasaray" illərdir üzümüzü ağ etmiş bir klubdur. Dolayısilə, burada bir qrup müxalif insanın yanlış addımlarını 100 illik tarixi olan kluba aid etmək haqsızlıq olar".


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...