Logo

ABŞ Tehranla barışmaq üçün şərtlərini açıqladı

ABŞ Tehranla barışmaq üçün şərtlərini açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkov Vaşinqtonun Tehrandan diplomatik həll gözlədiyi əsas tələbləri açıqlayıb.

Sfera.az-ın məlumatına görə, o bildirib ki, ABŞ İranla bağlı dörd əsas problemin danışıqlar yolu ilə həllinə ümid edir.

“Ümid edirəm ki, diplomatik həll yolu tapılacaq. Dörd problem var: nüvə zənginləşdirməsi, raket proqramı, onlar raket arsenallarını azaltmalıdırlar, təxminən 2 ton həcmində 3,67–60 faiz səviyyəsində zənginləşdirilmiş nüvə materialı və əlbəttə ki, proksi qüvvələr”, – deyə Vitkov Floridada İsrail-Amerika Şurasının təşkil etdiyi konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İran dünya birliyinə qayıtmaq istəyirsə, bu məsələlər diplomatik yollarla həll oluna bilər:

“Əgər bu dörd problem danışıqlar yolu ilə həll edilsə, bu, çox yaxşı olar. Alternativ isə pisdir”.

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR