"Ədəb-ərkan haqqqında istədiyiniz qədər danışın" -Ağ Ev rəsmisi
Kateqoriya məlum deyil
Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller bildirib ki, real dünyanın qanunları onun güc və qüdrət üzərində qurulduğunu göstərir.
Sfera.az xəbər verir ki, Miller bu sözləri “CNN”-ə müsahibəsində bildirib.
“Beynəlxalq ədəb-ərkan və digər prinsiplər haqqında istədiyiniz qədər danışa bilərsiniz. Lakin biz güc və qüdrətlə idarə olunan, real bir dünyada yaşayırıq. Bunlar dünyanın dəmir qanunlarıdır”, – deyə Miller vurğulayıb. O bu fikirləri Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezin hazırda Venesuela Respublikasının faktiki rəhbəri olub-olmaması ilə bağlı suala cavab verərkən səsləndirib.
Niyaz Hacıyev
Sfera.az






