İstanbulda Fələstinə dəstək yürüşü keçirilib

İstanbulda Fələstinə dəstək yürüşü keçirilib
Kateqoriya məlum deyil
T

Yeni ilin ilk günündə İstanbulda və Türkiyənin müxtəlif şəhərlərindən gələn on minlərlə insan Qızıl Buynuz sahilində, Qalata Körpüsü ərazisində Fələstinə həmrəylik məqsədilə genişmiqyaslı yürüş və mitinq keçirib. 

 

Sfera.az “NTV” nəşrinə istinadən xəbər verir ki, Türkiyə və Fələstin bayraqları ilə bəzədilmiş onlarla yaxta körpü yaxınlığında lövbər salıb.

 

Tədbir təxminən 400 dövlət qurumunu birləşdirən “Milli İradə Platforması” tərəfindən təşkil olunub. Məlumata görə, aksiyaya “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” futbol klublarının rəhbərləri də dəstək verib.
Yürüş səhər namazından sonra Sultanəhməddəki eyni adlı məsciddən və Ayasofya Katedralinin yerləşdiyi meydandan, həmçinin Taksim məscidindən başlayaraq Qalata Körpüsünə doğru davam edib. Aksiya iştirakçıları yürüş zamanı İsrail əleyhinə şüarlar səsləndiriblər.

 

Tədbirin təşkilatçılarından biri-Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan çıxışında bildirib:
“Biz təslim olmuruq, susmuruq. Fələstini unutmayacağıq və onun unudulmasına imkan verməyəcəyik. 1 yanvarda Fələstin xalqı ilə həmrəyliyimizi göstəririk”.
İstanbul hakimiyyəti ərazidə ciddi təhlükəsizlik tədbirləri görüb, səhər saatlarından etibarən ictimai nəqliyyat və bərə xəttlərinin işində dəyişikliklər edilib. Tədbirin təhlükəsizliyi minlərlə polis əməkdaşı tərəfindən təmin olunub.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ