Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu
Kateqoriya məlum deyil
T

Rusiyanın İrkutsk vilayətində güclü zəlzələ baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal filialı məlumat yayıb.

 

Məlumata görə, seysmoloji hadisə yanvarın 29-u yerli vaxtla 06:54-də (Bakı vaxtı ilə 02:54) baş verib. Episentr Baykal gölünün yaxın çevrəsində - İrkutsk vilayətinin Böyük Kadilnı burnu (Bolşoe Qoloustnoe) qəsəbəsindən 36 kilometr aralıda yerləşib. Yeraltı təkanların maqnitudası Rixter cədvəli ilə 5.6 bal gücündə olub.

 

Zəlzələ dağıntı və itkilərə səbəb olmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR