Bu ölkədə məsciddə partlayış törədildi: ölənlər var

Kateqoriya məlum deyil
T
Nigeriyanın şimal-şərqində məsciddə axşam namazı zamanı partlayış baş verib.
Sfera.az xəbər verir ki, Borno ştatının paytaxtı Mayduquri şəhərindəki əsas Qamboru bazarındakı məscidə yerləşdirilən partlayıcı qurğular namaz vaxtı partlayıb.
Partlayış yerli vaxtla təxminən saat 19:00-da baş verib.
Hadisə nəticəsində yeddi nəfər həlak olduğu bildirilir.
