Tanınmış alim evində qətlə yetirildi

Kateqoriya məlum deyil
T
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun Plazma Fizikası və Termonüvə Sintezi Mərkəzinin direktoru, nüfuzlu alim Nuno Lureyro Bruklindəki evində odlu silahla qətlə yetirilib.
.
Sfera.az bildirir ki, ağır yaralanan alim xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.
Qeyd edək ki, Lureyro idarə olunan termonüvə sintezi sahəsində aparıcı mütəxəssislərdən biri olub.
