Logo

Ukrayna Xəzərdə 2 gəmini vurdu

Ukrayna Xəzərdə 2 gəmini vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Xəzər dənizində hərbi texnika və silah daşıyan iki gəmisinə zərbə endirib.

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, hücuma məruz qalmış gəmilər “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” gəmiləridir.

Hərbi məqsədlər üçün istifadə olunan bu gəmilərin Rusiya ilə İran arasında hərbi yüklərin daşınmasında iştirakına görə ABŞ-nin sanksiyalar siyahısına daxil edildiyi bildirilir.

Xatırladaq ki, ötən gün Ukrayna ilk dəfə Rusiyanın Xəzər dənizindəki neft infrastrukturuna zərbə endirib. Filanovski adına neft hasilat platformasına dronlarla hücum nəticəsində 20-dən çox quyuda neft və qaz hasilatının dayandığı bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR