Rusiya Türkiyəyə tətbiq etdiyi sanksiyanı ləğv edib
18:34 / 09.03.2017
831
Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi sanksiyaları ləğv edib.
"Report” "Haber-7"yə istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev bununla bağlı qərar imzalayıb.
O, Türkiyə hökumətinin başçısı Binəli Yıldırımla telefon danışığı zamanı artıq sanksiyaların aradan qaldırıldığını bildirib.
Telefon danışığı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da Moskvaya səfəri və rusiyalı həmkarı Vladimir Putinlə görüşü də müzakirə edilib.