Həbsdə olan iranlı rejissor yeni mükafat aldı

Həbsdə olan iranlı rejissor yeni mükafat aldı
Kateqoriya məlum deyil
T

İranlı dissident rejissor Cəfər Pənahi "Gotham Awards" mükafatlarının qalibi olub.

 

Sfera.az xəbər verir ki, Nyu-Yorkda baş tutan mərasimdə o, 3 mükafata layiq görülüb: rejissorluq, orijinal ssenari və ən yaxşı beynəlxalq film (“Sıradan bir qəza”).

 

Elə həmin gün səhər saatlarında İran məhkəməsinin ona 1 il həbs və 2 il səfər qadağası kəsdiyi açıqlanıb.

 

Pənahi hələ film üzərində iş başlamazdan əvvəl həbs edilib və yalnız aclıq aksiyasından sonra sərbəst buraxılıb. 2010-cu ildən qüvvədə olan peşəsinə və səyahət qadağasına baxmayaraq, film çəkməyə davam edib. May ayında onun yeni filmi Kannda "Qızıl Palma budağı" qazanıb.

PAYLAŞ