Logo

Moqerini saxlanıldı

Moqerini saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Belçika polisi Avropa İttifaqının (Aİ) Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinini saxlayıb.

Sfera.az xəbər verir ki, bu barədə “Le Soir” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Onun Avropa Kolleci üçün keçirilən tenderdə dələduzluq hallarının baş verməsi ilə bağlı saxlanıldığı bildirilir.

Ümumilikdə iş üzrə üç nəfər saxlanılıb. Onlardan birinin Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi, italiyalı diplomat Stefano Sanninonun olduğu bildirilir.

Qeyd edək ki, F. Moqerini 2020-ci ildən Avropa Kollecinin rektoru olaraq fəaliyyət göstərir. O, 2014-2019-cu illərdə Aİ-nin Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsində çalışıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR