Xarici şirkətlərin Dağlıq Qarabağda qanunsuz fəaliyyəti ilə bağlı cinayət işi başlanıb - SİYAHI

Xarici şirkətlərin Dağlıq Qarabağda qanunsuz fəaliyyəti ilə bağlı cinayət işi başlanıb - SİYAHI

Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində hüquqi şəxslərin qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olmalarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla İsveçrə, Bolqarıstan, Uruqvay, Argentina, Rumıniya və digə­r ölkələrin bir sıra şirkətlərinin, o cümlədən "Haik Watch and Jewelry Co", "Rodino Haskovo" JIC, "Centro Ceibal", "Deccan Gold Mines Ltd" və "Cosmote Romanian Mobile Telecommunications S.A" şirkətlərin rəhbərlərinin 1999-2017-ci illərdə Azərbaycanın dövlət sərhədini Ermənistan Respublikası ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələrinə, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Xankəndi, Şuşa şəhərləri, Laçın, Kəlbəcər rayonları və digər yaşayış məntəqələrində Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb təbii sərvət və faydalı qazıntıların istismarı da daxil olmaqla apardıqları fəaliyyətləri ilə külli miqdarda ziyan vurmalarına və qanunsuz gəlir əldə etmələrinə, habelə işğalın möhkəmləndirilməsinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn hərəkətlər etmələrinə dair əsaslı şübhələr müəyyən edilib.
 
Həmin faktlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.
 
Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər etməklə qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan, habelə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan şəxslərə qarşı zəruri tədbirləri bundan sonra da davam etdirəcək.


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...