Tramp Nyu-Yorkun yeni meri ilə görüşdü - FOTO

Tramp Nyu-Yorkun yeni meri ilə görüşdü - FOTO
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Nyu-York şəhərinin yeni seçilmiş meri Zohran Mamdani ilə görüş keçirib. Qapalı formatda baş tutan görüşdən sonra tərəflər Oval kabinetdə jurnalistlərin suallarını cavablandırıblar.

 

Sfera.az xəbər verir ki, Tramp və Mamdaninin münasibətlərinə dair əvvəlki gərgin fon göz önünə alınsa da, görüşün ab-havası bir çox siyasi şərhçilərin gözlədiyindən fərqli olaraq kifayət qədər pozitiv olub.

 

Xatırladaq ki, hər iki siyasətçi bundan əvvəl bir-birilərinə qarşı sərt tənqidi çıxışlarla yadda qalmışdı. Bu baxımdan görüşün səmimi mühitdə keçməsi həm ABŞ mediasında, həm də beynəlxalq informasiya məkanında böyük marağa səbəb olub. Sosial şəbəkələrdə də Tramp–Mamdani dialoqu geniş müzakirələrə yol açıb və tərəflərin münasibətlərdə “yeni səhifə” açdığı yönündə rəylər səsləndirilib.

 

Firuzə Əliyeva

Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR