ABŞ Maduro üçün "sığınacaq" axtarır – Siyahıda Azərbaycan da var

ABŞ Maduro üçün "sığınacaq" axtarır – Siyahıda Azərbaycan da var
Kateqoriya məlum deyil
T

Tanınmış “Politico” nəşrinin yazdığına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela Prezidenti Nikolas Maduro və onun yaxın çevrəsinin hansı ölkəyə göndərilə biləcəyini müzakirə etməyə başlayıb. Məqalədə Rusiya, Türkiyə, Kuba ilə yanaşı Azərbaycanın da adı çəkilib. 

 

Maduronun Azərbaycana gətirilmə ehtimalı nə qədərdir və bunun nə kimi nəticələri ola bilər?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, Maduro Çavesdən sonra Latın Amerikasında imperializminə müqavimət göstərən əsas lider idi. 

 

Onun sözlərinə görə, ABŞ daxildən devirmək istədi, lakin bacarmadı:

 

“İndi də hərbi təcavüzlə hədə-qorxu gəlirlər. Artıq Rusiyanın Ukraynaya hücumu ilə ABŞ-nin Venesualaya hücumunun heç bir fərqi yoxdur. Bu, dünyanın güc standartları ilə idarə olunduğunu göstərir. Ona görə də güclü olmaq lazımdır ki, sənə də qarşı bu cür hərəkətlər edilməsin”.

 

 

Politoloq qeyd edib ki, Maduro Türkiyəyə yaxınlığı ilə seçilən adamıdır:

 

“O, həm də Osmanlı xalatı, papağı geyinmiş adamdır, fotosu da var. Ondan sonra gələn isə ABŞ, Qərb və İsrailin dəstəklədiyi, Türkiyədən isə uzaq biri olacaq. Burada bizə maraqlı olan Maduronun hakimiyyətdə qalmasıdır, çünki Türkiyəyə yaxın olan avtomatik Azərbaycana da yaxındır”. 

 

Ə.Məmmədli hesab edir ki, Maduronun hakimiyyətdən getməsi mənfi haldır:

 

“Azərbaycana gələrsə Trampın dövründə ölkəmizə qarşı təzyiq forması olmaya bilər. Amma gələcəkdə Avropa ölkələri bunu bahanə edib Azərbaycana təzyiq göstərə bilərlər. Hər an vəziyyət bu cür dəyişə bilər. Onsuz da Azərbaycanı sevmirlər, bu, növbət bəhanə ola bilər və bundan istifadə edib Azərbaycan hədəfə çevrilə bilər. Buna görə də onun Azərbaycana gəlməsi məqsədəuyğun deyil".

  

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR