Qərb Ukraynada özü ilə üz-üzə qalıb - Zaxarova

Rusiya XİN sözçüsü Mariya Zaxarova Kiyevdə hakimiyyət daxilində baş verən prosesləri, korrupsiya qalmaqallarını və Qərb mediasının ABŞ–Rusiya razılaşması ilə bağlı iddialarını şərh edib.
Sfera.az bu barədə “TASS”a istinadən xəbər verir.
Ukraynada Rustem Umerovun ölkədən getməsi, Yermakın mümkün istefası, Zelenskinin Türkiyə səfəri kimi xəbərləri dəyərləndirən Zaxarova bildirib:
“Mən əmin deyiləm ki, onlara nəsə deməliyik. Hamı bu "terror" fəaliyyətinin və qanlı beynəlxalq korrupsiya maşınının nəticələrini görməlidir. Bu, sadəcə korrupsiya qalmaqalı deyil”.

O, Qərbin Ukrayna rəhbərliyinə verdiyi dəstəyi sərt tənqid edib:
“Zelenskiyə mərc edənlərin hamısı indi yaratdıqlarına baxsınlar. Bu onların Frankenşteynidir. Onun qarşısında ibadət edən, başqalarını da buna məcbur edən Qərb qüvvələri qoy bu anti-şöhrət anını onunla bölüşsünlər”.
Zaxarova bildirib ki, Qərb öz yaratdıqlarının nəticəsi ilə üz-üzə qalıb.
Fidan Hacızadə
Sfera.az






