ABŞ və Rusiyanın gizli danışığı üzə çıxdı

ABŞ və Rusiyanın gizli danışığı üzə çıxdı
Kateqoriya məlum deyil
T

ABŞ və Rusiya arasında aparılan gizli danışıqların məzmunu üzə çıxıb.

 

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, məlumatlara görə, hazırlanan sülh planı Ukrayna üçün bir sıra ağır güzəştlər nəzərdə tutur. Layihə qəbul olunarsa, Ukrayna həm geniş ərazi itkiləri ilə üzləşəcək, həm də rəsmi dil kimi rus dilini qəbul etməyə məcbur olacaq.

 

Kiyev mənbələri razılaşmanı “Ukraynanın müstəqilliyinə birbaşa zərbə” adlandırıb. Məlumata görə, dünən Ankaraya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenskiyə danışıqların məzmunu təqdim olunub. Zelenski məsələ ilə bağlı açıqlama verməyib. Kreml də sükutu pozmayıb.

 

Mövzu ilə bağlı ilk açıqlama ABŞ-nin dövlət katibi Marko Rubio tərəfindən gəlib. O, “X” platformasında paylaşım edərək “sülh üçün ağır güzəştlər qaçılmazdır” ifadəsini işlədib və Vaşinqtonun planı dəstəklədəyinə işarə edib. Məlumatlara əsasən, Ukrayna Donbas da daxil olmaqla hazırda qismən nəzarətində saxladığı dörd regionu rəsmi şəkildə Rusiyaya təhvil verməli olacaq.

 

Bununla yanaşı, Ukrayna ordusunun yarısı tərxis ediləcək, uzun mənzilli raketlər təhvil veriləcək və ölkədə fəaliyyət göstərən bütün xarici hərbçilər çıxarılacaq. Planın ən çox etiraz doğuran hissələrindən biri Ukraynanın rəsmi dilinin rus dili kimi qəbul edilməsi şərtidir.

 

Rusiya 2022-ci ildəki işğalını “Ukraynadakı rusdillilərin təzyiq altında qalması” ilə əsaslandırmışdı. Bundan əlavə, Ukraynada fəaliyyəti qadağan olunan Rusiya Pravoslav Kilsəsi də rəsmi şəkildə tanınacaq. Mediada yayılan xəbərlərə görə, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff da Kiyevin planı qəbul etməli olduğunu bildirib.

 

Bununla yanaşı, Ukraynada son aylarda artan korrupsiya qalmaqalları Zelenski hökumətinə ictimai dəstəyin azalmasına səbəb olub. Ekspertlər hesab edir ki, layihə tam şəkildə olmasa da, Rusiya üçün ciddi siyasi qələbə anlamına gəlir. Müharibənin dördüncü ilinə daxil olan Moskva hər həftə yavaş templə də olsa, yeni ərazi qazancları əldə edir. Danışıqların yekun nəticəsinin nə vaxt açıqlanacağı məlum deyil. Lakin ABŞ-nin planı dəstəkləməsi barədə verilən siqnallar Kiyev üçün təzyiqlərin daha da artacağını göstərir.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR