Zelenski sabah Türkiyəyə gedir
Kateqoriya məlum deyil
Ukrayna Prezidenti Volodimir Zelenski sabah Türkiyəyə səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə liderinin Kommunikasiya məsələləri üzrə direktoru Fahrettin Altun açıqlayıb.
Bildirilib ki, Zelenski səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
Səfər Ərdoğanın dəvəti əsasında baş tutacaq. (Qafqazinfo)






