ÇİN ABŞ-nin Fələstin qətnaməsinə buna görə səs verməyib

ÇİN ABŞ-nin Fələstin qətnaməsinə buna görə səs verməyib
Kateqoriya məlum deyil
T

BMT Təhlükəsizlik Şurasında ABŞ-nin Qəzza zolağı ilə bağlı təqdim etdiyi qətnamə layihəsi müzakirələrə səbəb olub.

 

Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, sənəd fələstinlilərin əsas hüquqlarını, xüsusilə də “iki dövlət həlli” prinsipini yetərincə nəzərə almır. Mao Ninq brifinqdə qeyd edib ki, Vaşinqtonun təşəbbüsündə fələstinlilərin öz müqəddəratını təyinetmə hüququ tam şəkildə əks olunmayıb:

 

“ABŞ-nin təqdim etdiyi qətnamə layihəsi fələstinlilərin Fələstini idarə etdiyi iki dövlətli həll kimi mühüm prinsipləri kifayət qədər əks etdirmir. Bu, Çinin ardıcıl mövqeyi ilə ziddiyyət təşkil edir. Buna görə də biz bitərəf qaldıq və lehinə səs vermədik”.

 

Çinin açıqlaması BMT-də Qəzza məsələsi ətrafında davam edən geosiyasi fikir ayrılıqlarını bir daha gündəmə gətirib.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR