ABŞ termonüvə bombasını sınaqdan keçirdi

Kateqoriya məlum deyil
T
ABŞ avqust ayında döyüş başlığı olmayan B61-12 taktiki termonüvə bombasını uğurla sınaqdan keçirib.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Sandia Milli Laboratoriyaları məlumat yayıb. Sınaqlar avqustun 19-dan 21-dək Nevada ştatındakı poliqonda aparılıb.
Proses zamanı ABŞ-nin beşinci nəsil “F-35” qırıcıları inert döyüş başlıqlı bombaları hədəfə çatdırıb və atıb. Sınaqlar Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA) ilə koordinasiya şəklində həyata keçirilib.
Məlumata əsasən, NNSA 2024-cü ilin sonunda “B61-12” hava bombalarının xidmət müddətini 20 il uzatmaq məqsədi daşıyan proqramı tamamlayıb.
Niyaz Hacıyev
Sfera.az






