Ukraynanın energetika naziri istefa verdi
Kateqoriya məlum deyil
Ukraynanın energetika naziri Svitlana Qrinçuk istefa verib.
Sfera.az xəbər verir ki, bu barədə nazir özü Telegram kanalında paylaşım edib. O, istefa ərizəsini təqdim etdiyini açıqlayıb.
Qrinçuk 2025-ci ilin iyulundan etibarən – altı aydan az müddət ərzində bu vəzifədə çalışıb. Onun sələfi German Qaluşenko isə həmin ilin iyulunda ədliyyə naziri postuna keçib.
Qaluşenko noyabrın 12-də energetika sektorunda korrupsiya faktları ilə bağlı araşdırma nəticəsində vəzifəsindən azad edilib.
Aynur






