Bu ölkə uşaqlara sosial media qadağası tətbiq etdi

Bu ölkə uşaqlara sosial media qadağası tətbiq etdi
Kateqoriya məlum deyil
T

Avstraliyada 16 yaşdan aşağı uşaqların sosial media istifadəsini qadağan edən yeni qanun 10 dekabrdan qüvvəyə minəcək. Qanuna əsasən, “TikTok”, “Instagram”, “Facebook” və “Snapchat” kimi platformalar 16 yaşadək istifadəçilərin hesablarını bağlayacaq.

 

Sfera.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, sosial media şirkətləri yaxın günlərdə bir milyondan çox istifadəçiyə bildiriş göndərəcək. Bildirişdə “məlumatlarınızı endirin, hesabınızı dondurun və ya hər şeyi itirin” kimi seçimlər təqdim olunacaq.


Uzun müddət bu qanuna qarşı çıxan şirkətlər, milyonlarla dollar dəyərində cərimədən və istifadəçi itkisinə məruz qalmamaq üçün nəhayət uyğunlaşmaq qərarı veriblər. Platformalar yaşın müəyyənləşdirilməsi üçün istifadəçilərin “bəyənmə” və qarşılıqlı əlaqə məlumatlarını analiz edən proqramlardan istifadə edəcək.


La Trobe Universitetinin professoru Daswin De Silva bildirib ki, yaşın təyinində istifadə olunan texnologiyalar 16–17 yaş aralığında səhvlərə yol aça bilər. Onun sözlərinə görə, bəzi gənclər səhvən bloklana və bir neçə gün, hətta həftələrlə hesablarına daxil ola bilməyə bilərlər.


Yeni qanun Avstraliyanı uşaqların onlayn mühitdə qorunması sahəsində öncül ölkələrdən birinə çevirib. Benzer qaydalar İngiltərə, Fransa və Danimarkada da müzakirə olunur.


Şəxsi məlumatları doğrulama üzrə mütəxəssis Stefan Vilson bildirib ki, dünyanın digər ölkələri rəqəmsal platformalarda yaranan problemlərlə mübarizə aparmaq üçün Avstraliyanın bu təcrübəsini izləyəcək.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR