Suriya Prezidenti 11 sentyabr hadisələrində özünü günahkar bilmədi

Suriya Prezidenti 11 sentyabr hadisələrində özünü günahkar bilmədi
Kateqoriya məlum deyil
T

Suriya Prezidenti Əhməd ŞaraaABŞ-yə rəsmi səfəri çərçivəsində “FOX News” telekanalına verdiyi müsahibədə 11 sentyabr hadisələri ilə bağlı iddialara münasibət bildirib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, veriliş zamanı aparıcının “Cənab Prezident, 11 sentyabr hadisələrindən və 3 min amerikalının ölümündən peşmansınızmı?” sualına cavab verən Şaraa hadisə ilə əlaqəsi olmadığını vurğulayıb:

 

“Hələ 19 yaşım vardı və çox gənc idim. O dövrdə qərarvermə gücünə malik deyildim, bununla bağlı edə biləcəyim heç nə yox idi”.

 

Şaraa əlavə edib ki, həmin vaxt onun bölgəsində Əl-Qaidə mövcud olmayıb:

 

“Əl-Qaidə o zamanlar mənim bölgəmdə deyildi. Yəni bu mövzuda yanlış adamla danışırsınız. Hər bir mülki şəxsin ölümünə görə təəssüf edirik. İnsanların, xüsusilə də müharibədən əziyyət çəkən günahsızların ağrısını anlayırıq”.

 

Suriya lideri ABŞ səfəri çərçivəsində Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşüb, həmçinin bir sıra amerikalı rəsmilərlə görüşlər keçirib. “FOX News”da yayımlanan müsahibə ABŞ ictimaiyyətində geniş rezonans doğurub.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR