“Hizbullah”ın önəmli şəxslərindən biri öldürüldü

İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Livanın cənubundakı Səidə şəhəri yaxınlığında bir avtomobili hədəfə alıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində “Hizbullah” hərəkatının rəhbərliyinin üzvü Samir Əli Fakih həyatını itirib.
Məlumatda bildirilir ki, pilotsuz təyyarə cənub magistral yolunun Sarafand və Beisaria arasındakı hissəsindəki avtomobilə iki raket atıb. Nəticədə, Samir Əli Fakih aldığı ağır xəsarətlərdən yerindəcə ölüb, onunla birlikdə olan bir nəfər xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, noyabrın 9-da İsrail pilotsuz təyyarələri daha iki “Hizbullah” üzvünü, o cümlədən Humin əl-Faq bölgəsində təşkilatın hərbi infrastrukturunun bərpası üzərində işləyən mühəndisi zərərsizləşdirib.
Türkiyə Səhiyyə Nazirliyinin məlumatına əsasən, atəşkəs razılaşmasına baxmayaraq, İsrail ilin əvvəlindən bu yana Livan ərazisinə 5000-dən çox hava hücumu həyata keçirib. Hücumlar nəticəsində 309 nəfər həlak olub, 598 nəfər isə yaralanıb.
Fidan Hacızadə
Sfera.az






