Maykl Cekson filminin ilk treyleri yayımlandı

Pop musiqisinin əfsanəsi Maykl Ceksonun həyatını əks etdirən “Maykl” filminin ilk rəsmi treyleri yayımlanıb.
Sfera.az xəbər verir ki, “Lionsgate” şirkəti tərəfindən təqdim olunan treyler pərəstişkarlar arasında böyük maraq və həyəcan yaradıb. Film ulduzun səhnəarxası həyatını, karyerasının ən yaddaqalan məqamlarını və şəxsi mübarizələrini tamaşaçılara göstərməyi məqsəd qoyur – görünür, buna da nail olub.
“Maykl” filmində məşhur sənətçinin qardaşı oğlu Cəfər Cekson rol alıb.
Antuan Fukuanın rejissorluğu ilə çəkilən ekran əsərində Maykl Ceksonun uşaqlıq illərindən qlobal ulduzluğa qədər yüksəlişi təsvir olunur. Filmdə həmçinin sənətkarın ailə həyatı, səhnə təzyiqləri və ictimaiyyətin gözü qarşısında yaşadığı çətinliklər real şəkildə əks etdirilib.
Filmin premyerası 24 aprel 2026-cı ildə baş tutacaq.
Aynil






