Dağıstanda vertolyot yaşayış binasına çırpıldı: ölənlər var

Dağıstanda vertolyot yaşayış binasına çırpıldı: ölənlər var
Kateqoriya məlum deyil
T

Dağıstanda turistləri daşıyan “Ka-226” tipli vertolyot yaşayış binasına çırpılıb. Qəza Açi-Su kəndi yaxınlığında baş verib.

 

Sfera.az-ın məlumatına görə, vertolyotda yeddi nəfər olub. İlkin məlumata əsasən, dörd nəfər hadisə yerində həlak olub, üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ölənlərin hamısının turist olduğu bildirilir.

 

Məlumata görə, “KEMZ” konserni ASC-yə məxsus çoxməqsədli “Ka-226” vertolyotu Kizlyardan İzerbaşa istiqamətində hərəkət edərkən saat 14:40 radələrində havada tüstülənməyə başlayıb və az sonra yaşayış binasına çırpılıb.

 

Hadisə şahidlərinin sözlərinə görə, vertolyot eniş üçün yer axtararkən səmada bir neçə dövrə vurub. Qəza nəticəsində dörd sərnişin yanaraq ölüb, üç nəfər isə qaçaraq xilas ola bilib.

 

Turistlərin Sulak Kanyonuna və dağlıq ərazilərə ekskursiya məqsədilə yola düşdükləri bildirilir. Vertolyot “Solneçnı Bereq” istirahət mərkəzinin yaxınlığında qəzaya uğrayıb.

 

Qəza yerindən çəkilən görüntülərdə qara tüstü buludları əks olunub. Hadisənin səbəbi hələlik müəyyən edilməyib.

 

Qeyd edək ki, “Ka-226” vertolyotu “Ka-26” modelinin modernləşdirilmiş versiyasıdır. Az sayda sərnişin və ya 1,3 tona qədər yük daşımaq üçün nəzərdə tutulan bu model 1997-ci ildən Rusiyada istehsal olunur və əvvəlcə “Rolls-Royce” mühərrikləri ilə təchiz edilib.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR