Zelenski: “Orban Ukraynanın Avropa yolunu bağlaya bilməz”

Zelenski: "Orban Ukraynanın Avropa yolunu bağlaya bilməz"
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesini dayandıra bilməz.

Sfera.az bildirir ki, onun sözlərinə görə, Orbana bu istiqamətdəki hər hansı maneə cəhdi yalnız Moskvanın mövqeyinə dəstək kimi qiymətləndirilə bilər.

“Orban ABŞ-ın keçmiş prezidenti Donald Trampı Macarıstana dəvət edib və onu Putinlə görüşdürmək istəyir. Biz hər hansı atəşkəs təşəbbüsünü alqışlayırıq, lakin bu görüşlər real nəticə verməyəcəksə və sadəcə Orbanın seçki kampaniyasının bir hissəsi olacaqsa, bunu dəstəkləyə bilmərik,” – Zelenski deyib.

Dövlət başçısı əlavə edib ki, Ukrayna Rusiya və Belarus istisna olmaqla, bütün ölkələrlə sülh təşəbbüslərinə dair görüşlər keçirməyə hazırdır: “Əsas məsələ odur ki, bu danışıqlar nəticə versin".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR