Hava limanında həyəcanlı anlar: “Bomba var”

Hava limanında həyəcanlı anlar: "Bomba var"
Kateqoriya məlum deyil
T

Türkiyədə İstanbul Hava Limanında baş verən hadisə panikaya səbəb olub. “Saudia Airlines” şirkətinə məxsus, İstanbuldan Ciddəyə uçmalı olan təyyarədə bir sərnişin “Təyyarədə bomba var!” deyə qışqırıb.

 

Sfera.az xəbər verir ki, hadisə zamanı təyyarə uçuş üçün son hazırlıqlarını görürdü. Sərnişinin səsləndirdiyi bu ifadə digər sərnişinlər arasında təşviş yaradıb.

 

Təyyarə heyəti dərhal kapitana məlumat verib. Pilot hava nəqliyyatı dispetçerləri ilə əlaqə saxlayaraq vəziyyəti polisə bildirib. Daxili təhlükəsizlik prosedurlarına uyğun olaraq, bütün sərnişinlər təyyarədən endirilib.

 

Polis və xüsusi xidmət əməkdaşları kabinədə və yük bölməsində bomba axtarışı aparıblar. Axtarış zamanı bomba iyləyən itlər və səyyar rentgen aparatından istifadə olunub.

 

Araşdırma nəticəsində təyyarədə heç bir partlayıcı maddə tapılmayıb. Hadisəni törədən sərnişin polis tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, onun dediklərinin əsassız olduğu müəyyən edilib.

 

Hadisə səbəbindən uçuş bir müddət təxirə salınıb, daha sonra reys normal qaydada həyata keçirilib.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR