Rusiya, Çin və İran nüvə məsləhətləşməsi keçirib

Rusiya, Çin və İran nümayəndələri İslam Respublikasının nüvə proqramı ilə bağlı növbəti üçtərəfli məsləhətləşmələr keçiriblər.
Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov məlumat verib.
Diplomat özünün “Telegram” kanalında yazıb:
“Bu gün Çin, İran və Rusiya İranın nüvə dosyesi ilə bağlı ənənəvi üçtərəfli məsləhətləşmələrin növbəti raundunu keçiriblər. Noyabrın 19-dan 21-dək keçiriləcək “MAQATE” Rəhbərlər Şurasının sessiyası ərəfəsində cədvəllərimizi sinxronlaşdırdıq və mövqelərimizi koordinasiya etdik”.
Ulyanov qeyd edib ki, tərəflər danışıqlarda əməkdaşlığın davam etdirilməsi və qarşıdakı beynəlxalq görüşlərdə birgə mövqenin qorunması məsələlərini müzakirə ediblər.
Niyaz Hacıyev
Sfera.az






