NATO Belçikaya yardım edəcək

NATO Belçikaya yardım edəcək
Kateqoriya məlum deyil
T

NATO-nun baş katibi Mark Rutte Belçikanın müdafiə naziri Teo Frankenlə Belçika ərazisi üzərində baş verən pilotsuz təyyarə insidentlərini müzakirə edib və NATO-nun bu məsələdə Belçikaya yardım göstərəcəyinə söz verib.

 

Sfera.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. “NATO-nun baş katibi Mark Rutte Belçikanın müdafiə naziri Teo Frankenlə danışıb. Franken Belçika üzərində son günlər müşahidə edilən pilotsuz uçuş aparatları barədə məlumat verib”,– deyə qurumun açıqlamasında bildirilir:

 

“NATO ölkələri bu çağırışa cavab vermək üçün lazımi dəstəyi göstərməkdə qərarlıdır”.

 

Xatırladaq ki, noyabrın 4-də axşam saatlarında Brüssel, Lyej və Şarlerua hava limanları dronların müşahidə olunması səbəbindən təxminən iki saatlıq bağlanıb. Müdafiə naziri Franken bildirib ki, ABŞ-dən yeni alınmış “F-35” qırıcılarının yerləşdiyi “Floren” aviabazasının və ABŞ-nin taktiki nüvə silahlarının saxlandığı “Kleine Brogel” aviabazasının üzərində də naməlum dronlar aşkarlanıb.

 

Cümə axşamı qaranlıq çökən kimi hərbi bazalar üzərində yeni pilotsuz uçuşlar barədə məlumatlar daxil olub. Franken Vaşinqton müqaviləsinin NATO ölkələri arasında təhlükəsizlik üzrə məsləhətləşmələr nəzərdə tutan 4-cü maddəsini aktivləşdirmək niyyətində olduğunu açıqlayıb.

 

Belçikanın baş naziri Bart De Vever bu məsələni müzakirə etmək üçün noyabrın 6-da Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Rəsmilər hələlik bu insidentlərə görə məsuliyyəti üzərinə götürməyiblər. Bununla belə, Qərb mediası anonim mənbələrə istinadən, dron uçuşlarının arxasında Rusiyanın dayana biləcəyi barədə məlumat yayıb. Rusiya səfirliyi isə “VRT” telekanalına açıqlamasında bu iddiaları təkzib edərək bildirib ki, Moskvanın Belçika üzərində pilotsuz uçuş aparatlarının buraxılmasında nə səbəbi, nə də marağı var.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR