Maduroya əlavə səlahiyyətlər verildi

Kateqoriya məlum deyil
T
Venesuelada hakim Birləşmiş Sosialist Partiyasının fövqəladə qurultayı prezident Nikolas Maduraya yeni səlahiyyətlər verib.
Sfera.az bildirir ki, partiyanın baş katibi və daxili işlər naziri Diosdado Kabelyo bildirib ki, Maduroya partiyanın strukturunu yenidən qurmaq və rəhbər şəxsləri təyin etmək hüququ verilib.
O qeyd edib ki, partiya rəhbərliyində dəyişikliklər olacaq – 13 sədr müavini yenidən təyin ediləcək, həmçinin Baş katiblik və yeddi yeni katiblik yaradılacaq.
Bu addım partiyanın siyasi fəaliyyətini daha səmərəli etmək məqsədi daşıyır.






