Çexiyada hökumətin istefası gözlənilir

Kateqoriya məlum deyil
T
Çexiyada baş nazir Petr Fialanın rəhbərlik etdiyi hökumət istefa verə bilər.
Sfera.az bildirir ki, məsələ bu gün səhər hökumətin iclasında müzakirə olunacaq.
Çexiya parlamentinin aşağı palatasının ilk iclası artıq başa çatıb və hökumətin istefası bu gün rəsmi şəkildə elan oluna bilər.
Qanunvericiliyə görə, istefanı prezident qəbul edir. Yeni hökumət formalaşana qədər Petr Fiala və nazirlər vəzifələrini müvəqqəti icra edəcəklər.






