İkinci Dünya Müharibəsinin saxtalaşdırılmasına qarşı çıxdılar

Rusiya və Çin İkinci Dünya Müharibəsinin nəticələrinin revizionizminə və onun tarixinin saxtalaşdırılmasına qarşı birgə mübarizə aparmağa hazırdır.
Sfera.az bildirir ki, bu barədə Rusiya və Çin hökumət başçılarının 30-cu növbəti görüşünün yekunları üzrə birgə kommünikedə bildirilib. Sənəddə vurğulanır ki, Rusiya və Çin İkinci Dünya Müharibəsində əsas qalib gələn ölkələr sırasındadır.
"Rusiya və Çin İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasına və onun tarixinin saxtalaşdırılmasına qarşı birgə mübarizə aparmağa, BMT Nizamnaməsinin prinsiplərini bütövlükdə və beynəlxalq təməl kimi qarşılıqlı əlaqədə müdafiə etməyə hazırdırlar”, - kommünikedə deyilir.
Pekin və Moskva da ədalətli və çoxqütblü dünyanın formalaşmasını müdafiə edirdilər.
Bu ərəfədə Rusiyanın Baş naziri Mixail Mişustin və Çin Dövlət Şurasının Baş naziri Li Tsyan Rusiya Federasiyası və Çin hökumət başçılarının 30-cu növbəti görüşünün yekunları üzrə birgə kommünike imzalayıblar.
İnci






