ABŞ-nin hava məkanı tamamilə BAĞLANA BİLƏR

ABŞ-nin hava məkanı tamamilə BAĞLANA BİLƏR
Kateqoriya məlum deyil
T

ABŞ-də davam edən hökumət bağlanması (şatdaun) ölkənin hava məkanının tamamilə bağlanması ilə nəticələnə bilər.

Sfera.az bildirir ki, bu barədə ABŞ-ın nəqliyyat naziri Şon Daffi CNBC telekanalına açıqlamasında bildirib. Nazir qeyd edib ki, vəziyyət risklidir və təhlükəsizliklə bağlı zərurət yarandığı halda uçuşların dayandırılması mümkündür.

“Əgər ölkənin təhlükəsizliyinə real təhdid yaranarsa, bütün hava məkanı bağlanacaq. Hazırda ciddi gecikmələr müşahidə olunur, lakin hələ uçuşların tam dayandırılmasından danışmaq üçün tezdir”, – Daffi vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR