Bu ölkədə güclü zəlzələ oldu: ölənlər var

Bu ölkədə güclü zəlzələ oldu: ölənlər var
Kateqoriya məlum deyil
T

Filippinin cənub sahillərində, General-Santos şəhərindən 51 km şimalda güclü zəlzələ nəticəsində ölənlərin sayı 8 nəfərə yüksəlib, çoxlu sayda yaralı var.

 

Sfera.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yeraltı təkanların maqnitudasını əvvəlcə 8,1, Filippin rəsmiləri isə 7,8 olaraq qiymətləndirib.

 

Ölkənin Milli Polisi Mindanaonun şimal və mərkəzi hissəsində məktəblər, xəstəxanalar və yaşayış evləri də daxil olmaqla, ümumilikdə 37 binaya ciddi ziyan dəydiyini açıqlayıb.

PAYLAŞ