"Azərbaycanda rus dilinə verilən dəyəri qiymətləndiririk" -Natalya Kuvşinova

"Azərbaycanda rus dilinə verilən dəyəri qiymətləndiririk" -Natalya Kuvşinova
Kateqoriya məlum deyil
T

Biz Azərbaycanda rus dilinə verilən dəyəri qiymətləndiririk.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya Federal Məclis Federasiya Şurasının üzvü Natalya Kuvşinova bu gün keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında deyib.

 

O qeyd edib ki, Azərbaycanda orta və ali təhsil müəssisələrində rus dili tədris edilir:

 

"Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyət göstərir. Rusiyada yüzlərlə azərbaycanlı təhsil alır. Bunlar hamısı bizim aramızdan tarixi əlaqələri genişləndirib və bir-birimizi daha yaxşı anlamağa təkan yaradıb. R.Rza dediyi kimi, tarix bir kitabdır. Onun səhifələri bizim bugünkü işlərimizlə yaradılır".

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR