"ABŞ beynəlxalq təhlükəsizlik sistemini sarsıdır" -Şimali Koreya XİN

"ABŞ beynəlxalq təhlükəsizlik sistemini sarsıdır" -Şimali Koreya XİN
Kateqoriya məlum deyil
T

Şimali Koreyanın xarici işlər naziri Çoy Son Xin Minskdə keçirilən Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda çıxış edərək ABŞ-nin beynəlxalq təhlükəsizlik sisteminin əsaslarını sarsıtdığını bəyan edib.

 

Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, “bu gün beynəlxalq təhlükəsizliyin əsasları ABŞ və onun müttəfiqlərinin özbaşına hərəkətləri və ikili standartları nəticəsində ciddi şəkildə pozulub”.

 

O, ABŞ və Cənubi Koreya arasında keçirilən, nüvə müharibəsi ssenarilərinin simulyasiyasını nəzərdə tutan hərbi təlimlərin də Pxenyanın maraqlarına qarşı yönəldiyini bildirib.

 

Çoy Son Xin  həmçinin vurğulayıb ki, NATO Avrasiyanın qərbində anti-Rusiya isteriyasını artırır, şərqdə isə ABŞ, Yaponiya və Cənubi Koreya arasında hərbi əməkdaşlıq dərinləşir.

 

Nazir qeyd edib ki, Şimali Koreya çoxqütblü dünyanın qurulmasına töhfə verməyə və ədaləti müdafiə edən dövlətlərlə dostluq münasibətlərini inkişaf etdirməyə hazırdır.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazır olduğunu bildirib. Cənubi Koreya mediasının məlumatına görə, görüşün oktyabrın sonunda, Trampın APEC tədbirləri çərçivəsində Cənubi Koreyaya səfəri zamanı baş tutması ehtimal edilir.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR