"Əfqanıstan Pakistana cavab verəcək"

"Əfqanıstan Pakistana cavab verəcək"
Kateqoriya məlum deyil
T

Əfqanıstan Pakistandan öz ərazisinə edilən istənilən hücuma cavab verəcəyini bildirib.

 

Sfera.az xəbər verir ki, bu barədə “TOLO News” telekanalı məlumat yayıb. Telekanal iddia edir ki, Əfqanıstan bombalansa, İslamabad hədəfə çevriləcək. Bununla belə, qeyd edilir ki, Əfqanıstan danışıqlara sadiqdir, lakin Pakistan tərəfində belə bir istək görünmür.

 

Bu gün səhər saatlarında Pakistanın “Dawn” qəzeti yazıb ki, Əfqanıstan və Pakistan nümayəndə heyətləri İstanbulda aparılan danışıqları nəticəsiz başa çatdırıblar. Tərəflər sərhəddə fəaliyyət göstərən Fitnə əl-Xəvaric (əvvəllər Tehrik-e-Taliban Pakistan) yaraqlılarının bazalarının ləğvi ilə bağlı razılığa gələ bilməyiblər.

 

Qeyd edək ki, oktyabrın 18-də Qətər və Türkiyənin vasitəçiliyi ilə Dohada keçirilən danışıqlar zamanı sərhəddə dərhal atəşkəsə razılıq əldə olunmuşdu.

 

Oktyabrın 25-də İstanbulda məsləhətləşmələrin yeni raundu başlayıb və növbəti axşam Pakistan Silahlı Qüvvələrinin məlumatına görə, sərhəddə toqquşmalar baş verib, 25 Fitnə əl-Xəvaric silahlısı öldürülüb.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR