Təyyarəyə minərkən yaxalandılar: Luvr Muzeyi soyğununda 2 nəfər saxlanıldı

Xəbər verdiyimiz kimi, 19 oktyabr bazar günü səhər Luvr Muzeyinə gələn oğrular tarixi soyğunçuluq ediblər.
Sfera.az bildirir ki, Fransanın Paris şəhərindəki Luvr Muzeyindən 88 milyon avro dəyərində tarixi tac daş-qaşların oğurlanması ilə əlaqədar iki nəfərin saxlanıldığı bildirilir. Şübhəlilərdən biri ölkəni tərk etmək üzrə olarkən hava limanında saxlanılıb.
Dörd oğru binanın xaricindəki yük maşını liftindən istifadə edərək pəncərəni sındıraraq tac daş-qaşlarının nümayiş olunduğu Apollo Qalereyasına girib və doqquz sənət əsərini oğurlayıblar. Qaçarkən oğrular III Napoleonun həyat yoldaşı İmperatriça Yevgeniyaya məxsus tacı da yerə salıblar. Muzey soyğununda oğurlanan əşyaların bazar dəyərinin 88 milyon avro olduğu bildirilib.
Soyğundan bir həftə sonra iki nəfər saxlanılıb.
Fransa mediası polisin soyğunla bağlı iki nəfəri saxladığını bildirib. Şübhəlilərdən birinin ölkəni tərk etmək üzrə olduğu və dünən axşam yerli vaxtla Paris Şarl de Qoll hava limanında həbs olunduğu bildirilir. Digər şübhəli isə Sena-Sen-Denis ətrafında tutulub.
Şübhəlilər dindirilərkən, hər iki şübhəlinin əvvəllər həbsdə olduğu məlum olub.






