Ukrayna “Mirage” qırıcıları alacaq
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Fransadan əlavə “Mirage” qırıcıları, Böyük Britaniyadan isə hava hücumundan müdafiə sistemləri alacağını açıqlayıb.
Sfera.az xəbər verir ki, Zelenski “Telegram” kanalında yayımladığı axşam videomüraciətində deyib:
“Böyük Britaniya və Fransaya xüsusi təşəkkür etmək istərdim. Ukrayna üçün əlavə Mirage qırıcıları və hava hücumundan müdafiə raketləri ilə bağlı qərar qəbul edilib. Britaniya hava hücumundan müdafiə, o cümlədən raketlər və ələ keçirən dronların istehsalı ilə bağlı bizə kömək etməyə davam edəcək”.
Qeyd edək ki, Kiyev ilk fransız “Mirage” qırıcılarını 2025-ci ilin fevralında Parisdən alıb. Həmin vaxt Fransa Silahlı Qüvvələrinin naziri Sebastien Lekornu neçə qırıcının təhvil veriləcəyini açıqlamamışdı. Lakin məlum olub ki, təchiz edilmiş təyyarələrdən ən azı biri texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Rusiya hakimiyyəti isə dəfələrlə bildirib ki, Ukraynaya silah tədarükləri ölkənin qətiyyətini zəiflətməyəcək və xüsusi hərbi əməliyyatın gedişatına təsir etməyəcək.
Niyaz Hacıyev
Sfera.az






