Fransalı siyasətçi Rusiyaya dəstək çıxdı
Kateqoriya məlum deyil
Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ölkə rəhbərliyini “Rusiya təhlükəsi” anlayışından imtina etməyə və Ukrayna münaqişəsinə müdaxiləni dayandırmağa çağırıb.
Sfera.az xəbər verir ki, siyasətçi bu fikirləri “X” (keçmiş Twitter) sosial şəbəkəsində yazıb:
“Fransa bu tələdən çıxmalı, bu dəlilikləri tez bir zamanda dayandırmalı, Ukrayna münaqişəsinə qarışmağı dayandırmalı, həmçinin Aİ və NATO-dan çıxmalıdır”.
Filippotun sözlərinə görə, Fransa artıq Rusiyaya qarşı mümkün hərbi əməliyyatlar üçün planlar hazırlayır və Avropanın guya şübhəsiz qalib gələcəyini bəyan edir.
Niyaz Hacıyev
Sfera.az






