Logo

Tramp Yaponiyaya səfər edəcək

Tramp Yaponiyaya səfər edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Yaponiyaya səfər edəcəyini açıqlayıb.

Sfera.az bildirir ki, o bu barədə "Truth Social” hesabında yazıb.

“Gözəl və canlı bir ölkə olan Malayziyadan indicə ayrıldım. Böyük ticarət və nadir torpaq metalları üzrə sövdələşmələr etdik. Ən əsası isə dünən Tailand və Kamboca arasında sülh müqaviləsi imzalandı. Müharibə yoxdur! Milyonlarla insanın həyatını xilas etmək nə qədər böyük şərəfdir. İndi isə Yaponiyaya yola düşürəm!”,– deyə Tramp qeyd edib.

ABŞ prezidentinin Yaponiyaya səfəri oktyabrın 27-dən 29-dək baş tutacaq. Səfər çərçivəsində Donald Tramp Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə danışıqlar aparacaq, eləcə də İmperator Naruhito tərəfindən qəbul olunacaq.

Qeyd edək ki, bu, Trampın ikinci prezidentlik dövründə Yaponiyaya ilk səfəri olacaq.

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR