Makron: "İraqın sabitliyi Yaxın Şərqin gələcəyi üçün həlledici amildir"

Makron: "İraqın sabitliyi Yaxın Şərqin gələcəyi üçün həlledici amildir"
Kateqoriya məlum deyil
T

"İraqın davamlı inkişafı bütövlükdə Yaxın Şərq regionunun sabitliyini müəyyən edən əsas amillərdəndir".

 

Sfera.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.

 

“Biz İraqın suverenliyini qətiyyətlə dəstəkləyirik və inanırıq ki, Yaxın Şərqdə mövcud qarışıqlıq şəraitində İraqın sabitliyi və onun suverenliyinə hörmət regionun təhlükəsizliyinin ən mühüm sütunlarından biridir”,– deyə Fransa lideri “Rudaw” telekanalına müsahibəsində bildirib.

 

Makron ilin sonuna qədər Bağdada səfər edəcəyinə ümid etdiyini də qeyd edib:

 

“Bu il İraqa səfər etməyi planlaşdırıram”.

 

Kanal xatırladıb ki, Fransa prezidentinin İraqa son səfəri 2021-ci ilin avqustunda baş tutub. Suriyada hazırkı hakimiyyət orqanları ilə kürd ittifaqı, Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunan razılaşmanı da şərh edən Makron bunu ölkənin birliyi istiqamətində mühüm addım kimi qiymətləndirib. Fransa prezidenti müvəqqəti Suriya prezidenti Əhməd əl-Şaraanın vətəndaş cəmiyyətinin bütün təbəqələrinə hörmətlə yanaşmasını və bütün tərəflərlə dialoq qurmasını son dərəcə vacib hesab etdiyini vurğulayıb. Onun fikrincə, SDQ terrorçu qruplara qarşı mübarizədə mühüm rol oynayıb və Suriyanın gücləndirilməsi üçün Dəməşq hakimiyyəti ilə qarşılıqlı anlaşmanı inkişaf etdirmək lazımdır.

 

Xatırladaq ki, martın 10-da Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraan və SDQ-nin komandiri Mazlum Abdi kürd birləşmələrinin hökumət ordusuna inteqrasiyası barədə saziş imzalayıblar. Razılaşmaya əsasən, Suriyanın şimal-şərqində kürdlərin nəzarətində olan bütün mülki və hərbi obyektlər, o cümlədən hava limanları, qaz və neft yataqları, Dəməşqdəki yeni administrasiyanın nəzarətinə keçəcək.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR