ABŞ Rusiyaya qarşı sərt sanksiyadan buna görə imtina edib - AÇIQLAMA

ABŞ Rusiyaya qarşı sərt sanksiyadan buna görə imtina edib - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi,ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Lakin Ağ Ev ən sərt məhdudiyyətlər variantından imtina edərək, enerji sektoruna təsir edən orta səviyyəli sanksiyaları seçib.

 

Bu qərar Vaşinqtonda keçirilən yüksək səviyyəli iclasda qəbul edilib. Tramp administrasiyası daha ağır sanksiyalardan imtinanın əsas səbəbi kimi enerji bazarlarında qiymət artımı riskini nəzərə alıb.

 

Mövzunu şərh edən politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin daha sərt sanksiyalardan imtina etməsinin əsas səbəbi məhz enerji bazarlarında qiymətlərin kəskin artımı riski ilə bağlıdır.

 

 

Onun sözlərinə görə, Tramp administrasiyası üçün Rusiyaya qarşı təzyiqi artırmaqla bərabər, daxili iqtisadi sabitliyi qorumaq prioritet idi:

 

“Əgər ən sərt sanksiya paketi seçilsəydi, bu, Rusiya neft və qaz ixracatını kəskin azaldar, nəticədə qlobal enerji qiymətlərinin artmasına gətirib çıxarardı. Bu isə ABŞ-də inflyasiyanın yenidən yüksəlməsi, istehlakçı bazarında bahalaşma və siyasi narazılıqlar yarada bilərdi”.

 

Politoloqun fikrincə, Trampın seçdiyi “orta sanksiya variantı” həm Rusiya iqtisadiyyatına təzyiq göstərmək, həm də dünya bazarlarını sabit saxlamaq məqsədinə xidmət edir. Eyni zamanda bu addım ABŞ-nin Avropa müttəfiqlərinə də siqnal idi:

 

“Vaşinqton Rusiyaya qarşı sərt mövqedədir, amma enerji sabitliyini pozmaq istəmir. Beləliklə, Tramp balanslaşdırılmış, həm siyasi, həm iqtisadi riskləri nəzərə alan bir qərar verib”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR