Si Cinpin Koreyaya gedəcək

Kateqoriya məlum deyil
T
Çin sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün oktyabrın 30-dan noyabrın 1-dək Koreya Respublikasına səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Cənubi Koreya Prezidenti Li Jae-Myunqun dəvəti ilə Çin Xalq Respublikasının sədri Si Cinpin 32-ci APEC İqtisadi Liderlərinin Toplantısında iştirak etmək və dövlət səfərini həyata keçirmək üçün oktyabrın 30-dan noyabrın 1-dək Cənubi Koreyanın Kyoncu şəhərinə səfər edəcək" - deyə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Niyaz Hacıyev
Sfera.az






