"BMT-yə dəstək göstərməliyik" - Hindistanın baş naziri

"BMT-yə dəstək göstərməliyik" - Hindistanın baş naziri
Kateqoriya məlum deyil
T

Birləşmiş Millətlər Təşkilatı (BMT) hazırda çoxsaylı problemlərlə üzləşib və fəaliyyəti dalana dirənib. Lakin indiki böhran dövründə təşkilata dəstək vermək vacibdir.

 

Sfera.az xəbər verir, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar bildirib.

 

“Etiraf etməliyik ki, BMT-də hər şey yaxşı deyil. Qərarları üzvlük tərkibini və qlobal prioritetləri əks etdirmir, debatlar getdikcə qütbləşir və islahatlar prosesi bloklanır”, – deyə Caişankar Yeni Dehlidə BMT-nin 80 illik yubileyi münasibətilə çıxışında bildirib.

 

Nazir qeyd edib ki, çətinliklərə baxmayaraq, çoxtərəfliliyə sadiqlik qorunmalı, beynəlxalq əməkdaşlığa inam yenilənməlidir.

 

O vurğulayıb ki, Hindistan sülh, təhlükəsizlik və inkişaf ideallarına sadiq qalaraq BMT-nin güclənməsini dəstəkləməyə davam edəcək. Qeyd edək ki, BMT 24 oktyabr 1945-ci ildə təsis olunub. Təşkilatın qurucu üzvləri arasında 51 dövlət, o cümlədən Təhlükəsizlik Şurasının daimi üzvləri – ABŞ, Böyük Britaniya, Fransa, Çin və keçmiş SSRİ yer alıb.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR